Modern.az

Yerevanda fahişəlik baş alıb gedir - VİDEO

Yerevanda fahişəlik baş alıb gedir - VİDEO

13 Avqust 2014, 11:12

Yerevan şəhər polisinin əməkdaşları bir həftə ərzində fahişəliklə məşğul olan 62 qadını saxlayıblar. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, polis əməkdaşları onlar haqqında məlumatları dəqiqləşdirəndən sonra administrativ qanun pozuntusu ilə bağlı protokol tərtib ediblər. 

Ermənistanda qadınların, hətta yeniyetmə və gənc yaşlarında olan qızların fahişəliklə məşğul olması son zamanlar adi hala çevrilib. Yerli ekspertlərin fikrincə, bunun başlıca səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin həddən artıq dözülməzliyi ilə bağlıdır.
Vəziyyət hətta elə həddədir ki, bir çox halda kişilər öz arvadlarını fahişəliklə məşğul olmağa vadar edirlər. Ekspertlər düşünürlər ki, ölkədə işsizliyin həddinin yüksək olması da erməni qadınların fahişəliyə sürüklənməsinə ciddi təkan verir.

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi