Modern.az

Avstraliyadakı erməni kilsəsinin rəhbəri “KQB” agenti olub

Avstraliyadakı erməni kilsəsinin rəhbəri “KQB” agenti olub

Dünya

13 Avqust 2014, 12:43

Avstraliyadakı erməni kilsəsinin rəhbəri “KQB”nin agenti olub. Modern.az xəbər verir ki, bu haqda Avstraliyada nəşr olunan “The Sydney Morning Herald” qəzeti Rusiya kəşfiyyatının yaxınlardakı açıqlamasına istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, Erməni kilsəsinin Avstraliya və Yeni Zelandiyadakı yeparxiyasının (xristianlarda: arxiyerey tərəfindən idarə olunan kilsə okruqu, dini inzibati vahid) baş keşişi Aqan Baliozyan “KQB”də “Zorik” kod adı ilə keçib. 1946-cı ildə Suriyada anadan olan Baliozyan Avstraliyaya 1975-ci ildə erməni kilsəsinin baş yepiskopunun müavini kimi gəlib, sonradan isə Avstraliya və Yeni Zelandiyadakı erməni kilsəsinin rəhbəri təyin olunub. “KQB”nin keçmiş arxiv işçisi Vasili Mitroxinin açıqladığı sənəddə qeyd edilir ki, Baliozyan 1973-cü ildə, Yerevanda dini nəzəriyyələri öyrənəndə ələ alınıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi