Modern.az

Şərqi Azərbaycanda zəlzələ qurbanları normal yaşayışa hələ də dönməyib - FOTOLAR

Şərqi Azərbaycanda zəlzələ qurbanları normal yaşayışa hələ də dönməyib - FOTOLAR

Dünya

13 Avqust 2014, 13:15

Modern.az Fars agentliyinə istinadən xəbər verir ki, İranın Vərzigan bölgəsindəki zəlzələdən iki il ötsə də, dağlıq hissədə məskunlaşmış əhalinin bir qismi hələ də normal yaşayışa dönə bilməyib. Şərqi Azərbaycan əyalətinində Rixter cədvəli ilə təxminən 6 bal gücündə olmuş yeraltı təkanların nəticələri hələ də tam aradan qaldırılmayıb. Əhali müvəqqəti məskunlaşma yerlərində bir çox məişət-kommunal sıxıntılara dözməli olur. Xatırladaq ki, 2012-ci ildə baş vermiş zəlzələ zamanı 300 nəfər ölmüş, 2500-ə yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.
 















Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi