Britaniyanın iki aparıcı nəşri “The Guardian” və “The Telegraph” demək olar eyni anda xəbər veriblər ki, Rusiyanın zirehli texnikası İzvarino nəzarət-buraxılış məntəqəsindən Ukrayna ərazisinə girib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu qəzetlərin jurnalistləri onlarla BTR-in Ukrayna ərazisinə daxil olmağına şahidlik ediblər.
“The Guardian”ın əməkdaşı Şon Uoker isə xəbər verib ki, Ukraynanın dövlət sərhədinin 28 zirehli maşın pozub. Bu rəqəmi “The Telegraph”ın işçisi Roland Olifant da təsdiqləyib. Məlumatlarda qeyd edilir ki, rus hərbçiləri hətta özlərini gizlətmədən Ukrayna ərazisinə daxil olublar.
Modern.az