Modern.az

Timoşenko yeni parlamentdə müxalifətçilik etməyəcək

Timoşenko yeni parlamentdə müxalifətçilik etməyəcək

23 Oktyabr 2014, 13:53


“Batkivşina” Partiyası növbədənkənar seçkilərdən sonra Ali Radada müxalifəti dəstəkləməyə hazırlaşmır. Bu siyasi qüvvə yeni parlamentdəki demokratik koalisiyaya daxil ola bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri, partiyanın lideri Yuliya Timoşenko bəyan edib: “Mən indi çox dəqiq deyirəm ki, “Batkivşina” yeni parlamentdə müxalifət olmayacaq, biz demokratik koalisiya ilə bir yerdə olacağıq. Koalisiyada təmsil olunaraq nə ağ-qaradan, nə də qara-ağdan danışmayacağıq. Biz siyasətdə sanitar olacağıq”.

Ukraynada növbədənkənar parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. 29 siyasi birliyin iştirak edəcəyi seçkilərdə “Pyotr Poroşenkonun Bloku”, Oleq Lyaşkonun Radikal Partiyası, “Batkivşina”, baş nazir Arseni Yatsenyuk və parlamentin spikeri Aleksandr Turçinovun “Xalq Cəbhəsi” uğur qazanmağa daha şanslı hesab olunur.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi