Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə avqustun 4-də Göygöl rayonunda “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən “Sağlam Gənclik” Həmyaşıddan-Həmyaşıda” təhsil layihəsi çərçivəsində tədbir keçirilib.
Layihənin başlıca məqsəd həmyaşıddan-həmyaşıda təhsil yanaşmasından istifadə edərək gənclər arasında sağlamlıqla bağlı maarifləndirməni artırmaq, gəncləri sağlamlıqları ilə əlaqədar üzləşə biləcəkləri təhlükənin azaldılması üçün dəqiq informasiya ilə təmin etmək, həyati bacarıqlara yiyələndirmək və fəal iştirak imkanlarını genişləndirməkdən ibarətdir.
15-29 yaşlı gənclər sağlam həyat tərzi sahəsində problemlər: hazırkı vəziyyət, zərərli vərdişlər, narkomaniya, tütün və alkoqola aludəçilik, asudə vaxtının səmərəli təşkili, həmyaşıddan-həmyaşıda təliminin izahı, onun faydalılığı və maneələr, sağlam həyat tərzinin təbliğində həmyaşıd təhsilin önəmi, əsas mexanizmlərlə bağlı mövzularda müzakirələrdə iştirak ediblər.
3 günlük təlimlərdə fəal iştiral edərək sağlam həyat tərzinin təbliği və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsində təşəbbüslərlə çıxış ediblər. Təlimlərin sonunda gənclər “Həmyaşıd Təlimçi” sertifikatı ilə təltif olunublar.
Layihə çərçivəsində təlimlərin Oğuz, Quba, Lənkəran rayonlarında da keçirilməsi nəzərdə tutulub.