Dilma Ruseff Braziliya prezidenti kimi postunu qoruya bilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bülletenlərin 98,29 faizi artıq sayılıb və o, seçicilərin 51,48 faizinin səsini toplayıb. Onun rəqibi – müxalifətdə olan Braziliya Sosial-Demokrat Partiyasının sədri Aesiu Nevisanı seçicilərin 48,52 faizi dəstəkləyib. Bildirildiyinə görə, bu, Braziliya tarixində ən gərgin seçki olub. 66 yaşlı Dilma Ruseff qələbəni ilk növbədə hökumətin həyata keçirdiyi sosial problemlərin həllində pozitiv irəliləyişi hiss edən braziliyalıların dəstəyi hesabına əldə edib. Son illər Cənubi Amerikanın ən böyük ölkəsinin əhalisinin 20 milyonu son dərəcə kasıb yaşayış şəraitindən xilas ola bilib.
Modern.az