Ukraynada dünən keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri hesablanır. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası indiyədək protokolların 22,63 faizini hesablayıb. İndiki nəticələrə görə, Ali Radaya 6 partiya düşə biləcək. Bunlar aşağıdakılardır:
1.”Xalq Cəbhəsi” – 21, 71 faiz.
2.”Pyotr Poroşenkonun Bloku” – 21,62 faiz.
3.”Özünəyardım” Birliyi – 10,49 faiz.
4.Müxalifət bloku – 9,57 faiz.
5. Oleq Lyaşkonun Radikal Partiyası – 7,69 faiz.
6. “Batkivşina” – 5,90 faiz
“Ekzit-poll”un nəticələrinə görə isə indiki halda Ali Radaya 5 partiyanın düşmək şansı var.
Modern.az