Modern.az

"Məhəmməd Əmin Rəsulzadənin Dünya Görüşü" kitabı Türkiyədə nəşr olundu

"Məhəmməd Əmin Rəsulzadənin Dünya Görüşü"  kitabı Türkiyədə nəşr olundu

27 Oktyabr 2014, 13:30

“Ahde Vefa Turan Birliği Sosyal Yardımlaşma ve Eğitim Derneği”nin  (Əhdə Vəfa Birliyi Sosial Yardımlaşma və Təhsil Dərnəyi) dəvətlisi olaraq 22 oktyabr 2014-cü ildə Türkiyənin Konya şəhərində olan AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi dos. dr.Faiq Ələkbərov Konya Əsnaf və Sənətkarlar odasında “Türk Dünyasının problemləri” mövzusunda həm konfrans keçirib, həm də Türkiyə türkcəsində yayımlanan "Muhammed Emin Resulzadenin Dünya Görüşü"  (Konya, Buğra Yayın Evi, 2014) kitabının imza törəni olub. Dr. Faiq Ələkbərov konfransda dünyadakı Türk Milliyyətçiliyi, Turançılıq və Ülküçülükdən bəhs edib. Kitabında bəhs etdiyi M.Ə.Rəsulzadənin Azərbaycanəda doğulub Türkiyədə vəfat edən çox dəyərli bir Türkçülük öndəri olduğunu, Türkçülük və Turançılıq fikrinin təməl daşlarından biri olduğunu söyləyib. Bu il Rəsulzadənin 130 illik yubileyinin keçirilməsinə diqqət çəkən Azərbaycan alimi bildirib ki, onun ideyaları bütün Türk dünyasında yayılmaqdadır. Ancaq bu ideyaların qarşısını almaq istəyən xarici qüvvələr var. Qərb dövlətlərinin Türk dünyasını bir araya gətirməmək üçün maddiyyatı ön plana çıxarıb mənəviyyatımızı aradan qaldırmağa çalışdıqlarını ifadə edən F.Ələkbərova görə, bunun üçün də qərblilər müsəlman türkləri İslam dinindən, adət və ənənlərimizdən uzaqlaşdıraraq, Türk Kültürünü məhv etməyə, öz kültürlərini  insanlarımızın şüurlarına yeridirlər.
F.Ələkbərov, “Türk Milləti Dünyada ən çox dövlət qurmuş bir millətdir. Hər zaman dövlət quracaq liderlər yetişdirmişdir. Bizi bu an içində bulunduğumuz çıxmazdan qurtaracaq, dünya türklüyünə lazım olacaq bir liderin ən gec 10-20 il içində ortaya çıxacağına inanıram. Bizi biz edən dəyərlərimizə sahib çıxsaq bunu da bacaracağıq. Sadəcə, türkçülüyümüzdən və Turan ülkümüzden əsla vaz geçməyəlim. Allahın izni ilə başaracağız. Tanrı Türkü qorusun!" deyib. Konfransadan sonra "Muhammed Emin Resulzadenin Dünya Görüşü" kitabının imza törəninə geçildi. İmza törəni boyunca konfrans iştirakçıları Azərbaycan  fikir və elm adamı Doç. Dr. Faiq Ələkbərov ilə tanışma və sohbət etmə imkanı əldə ediblər. Bu kitabı Konyada - Türkiyədə Anadolu türkcəsində Ahde-Vefa Turan Birliyi və Buğra Yayın Evi birgə yayımlayıb. Kitab ilk dəfə 2007-ci ildə Bakıda, Azərbaycan türkcəsində nəşr olunub.



Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi