Avstraliyanın Adelaid Universitetinin alimlərinin hesablamalarına görə, XXI əsrin sonunda Yer kürəsində əhalinin sayı 7 milyarddan 10 milyard nəfərə çatacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT və Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, planetdə əhalinin artması o dərəcədə nəzarətdən çıxıb ki, bunun qarşısını hətta Üçüncü Dünya Müharibəsi ilə də almaq mümkün deyil. Professor Kori Bredşounun sözlərinə görə, əhalinin sayının belə sürətlə artması ərzaq məhsullarının qıtlığına və Yer kürəsində iqlimin daha da pisləşməsinə gətirib çıxara bilər.
Modern.az