Rusiya prezidenti Vladimir Putinin reytinqi aşağı düşməkdədir. Levada mərkəzinin keçirdiyi sorğu nəticəsində məlum olub ki, avqust ayı ilə müqayisədə onun reytinqi 8 faiz azalıb. Belə ki, avqustda Putinin reytinqi 57 faiz idi, sentyabrdə 49 faiz olub.
Sorğuda respondentlərə sual verilib ki, “prezident seçkisi indi olsa, Putinə səs verərdinizmi?”.
Hələ bu ilin yanvar ayında Putini respondentlərin 29 faizi dəstəkləmişdisə, avqustda onun reytinqi 57 faiz, sentyabrda isə 49 faiz təşkil edib.
Kremldə dövlət başçısının reytinqinin eyni göstəricidə ilişib qalmamasını təbii proses adlandıraraq, reytinqin dəyişməsini izləmədiklərini bildirirblər.
"Levada" mərkəzinin direktoru Lev Qudkovun sözlərinə görə, siyasətçinin populyarlığının enməsi gözlənilən idi, lakin bu enişin tendensiyaya çevrilməsini güman etmək hələ tezdir.
Modern.az