Modern.az

Putin və xərçəng xəstəliyi: şayiə, yoxsa reallıq?

Putin və xərçəng xəstəliyi: şayiə, yoxsa reallıq?

31 Oktyabr 2014, 12:08

Bu yaxınlarda “New York Post” jurnalının müxbiri Riçard Conson şəxsi kanalları vasitəsilə əldə etdiyi məlumat əsasında Rusiya prezidenti Vladimir Putində mədəaltı vəzi xərçənginin olduğunu iddia etmişdi. Onun məlumatına görə, son vaxtlara qədər Putinin müalicəsi ilə prezidentin vaxtilə Şərqi Almaniyadakı “KQB” sistemində çalışdığı zamanlarda tanış olduğu drezdenli alman həkimi məşğul olub. 94 yaşlı həkim müalicə zamanı müxtəlif metodlardan, o cümlədən steroidlərlərdən istifadə etdiyi üçün son illərdə Putinin xarici görünüşündə dəyişikliklər baş verib. Bildirilir ki, sonda Rusiya gəlməkdən nifrət edən və prezidentin şəxsi təhlükəsizlik xidməti ilə tez-tez mübahisə edən alman həkim terapiyanı dayandırıb.

“Bəs Consonun informasiyası nə dərəcədə etibarlıdır?” Modern.az saytı xəbər verir ki, Almaniyanın “Focus” qəzetinin şərhçisi Paul-Nikolas Hinç bu sula cvab axtarıb. Bir nömrəli fakt: Putinin xərçəng olması ilə bağlı xəbərlər əvvəllər də yayılıb. Belə ki, 2003-cü ildə Putində bağırsaq xərçəngi tapılır və o uğurla müalicə olunur. Zamanla belə şayiələr tez-tez eşidilir və Putinin gah sümük, gah beyin, gah da digər xərçəng xəstəliyi növlərinə yoluxması ilə bağlı xəbərlər mətbuatda yayılır.

“Nəticədə Putinin ya sağ qalmaq üzrə ustad olduğu, yaxud da onun xəstəliklərilə bağlı informasiyaların Qərb təxəyyülü olması arasında seçim etməliyik”,  - deyə müəllif ironiya edir.

İki nömrəli fakt bundan ibarətdir ki, Rusiya hakimiyyəti heç zaman ölkənin 1 nömrəli şəxsində hər hansı ciddi xəstəliyin olmasını etiraf etməzdi: “Buna görə də Putində ciddi xəstəlik olsaydı, Kreml Brejnev və Andropovla bağlı olduğu kimi bu dəfə də səssiz qalmağa üstünlük verərdi”, - deyə Rusiya üzrə almaniyalı ekspert Eberhard Şnayder bildirir.

Üç nömrəli fakt isə bundan ibarətdir ki, mədəaltı vəzi xərçəngi bu xəstəliyin ən təhlükəli növlərindəndir: “Xəstənin bu diaqnozla 5 ildən çox yaşaması ehtimalı, adətən 2-4 faiz arasında olur”. Həyat yoldaşını da mədəaltı vəzi xərçəngindən itirən Şnayder bununla belə, bu xəstəliyin yalnız son mərhələdə özünü büruzə verdiyini deyir: “Həmin ana qədər o sizə işləməyə və kütlə qarşısında çıxış etməyə mane olmur”.

Yaxınlarda Putinlə görüşən İnsbuk Universitetinin professoru Herhard Manqot bunun çox az ehtimal ola biləcəyini deyir: “Putin yaxşı görünür. Onun üzü çəhrayı rəngdədir. Və xarici əlamətlərə görə də onun xəstə olduğunu iddia etmək olmaz”.

Buna baxmayaraq, Putinin xəstə olması ehtimalı bəzi analitiklərə onun son addımlarını yeni baxış bucağından şərh etməyə səbəb olub. Onların fikrincə, Krımın ilhaqı və Şərqi Ukraynadakı lokal toqquşmalar yolu ilə Putin “dəmiri isti-isti” döyməyə çalışır.

“Bütün bunları Putinin xəstə olması kimi interpretasiya etmək olar. O, tarixə yalnız mənfi tərəfdən daxil olmaq istəmir”, - deyə Şnayder bildirir. Onunla razılaşan Menqot isə hər halda Putinin çoxdan adını Rusiyanın tarix kitablarına yazdığını düşünür.

“Əgər Putin xəstə deyilsə, onda bu şayiələr kimə lazımıdr?”. Müəllifin fikrincə, bu işdə yalnız Qərb ölkələri maraqlı ola bilər. Onun iddiasına görə, Rusiya prezidenti barədə yayılan şayiələr indiki informasiya müharibəsinin bir elementidir.

 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi