Modern.az

Müxalifətçi deputat Sərkisyanı Türkiyəyə dəvət etdi

Müxalifətçi deputat Sərkisyanı Türkiyəyə dəvət etdi

Dünya

4 Noyabr 2014, 20:27



Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı 3 böyük konfrans keçirmək niyyətindədir. Modern.az-ın verdiyi xəbərə görə, CHP-dən olan millət vəkili Mustafa Balbay “CNNtürk”ə müsahibəsində deyib ki, 1915-ci il hadisələri ilə bağlı dünyada erməni tərəfinin mövqeyini əks etdirən 40 min, Türkiyə tərəfinin mövqeyini əks etdirən isə 60 min kitab var: “Bizim mövqeyimiz belədir, tarixçiləri dəvət edirik ki, bu mövzu ilə bağlı danışsınlar. Ermənilər də gəlib danışıqları izləsinlər. Qoy Ermənistan prezidenti də gəlsin. Bu konfranslarda təkcə tarixçilər yox, tanınmış siyasətçilərin – Uinston Çörçil və Mustafa Karabekirin nəvələri də iştirak edəcəklər”.

Onun sözlərinə görə, ilk konfrans noyabrın 14-15-də keçiriləcək. Modrrn.az  
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi