Modern.az

Rus rublu hər gün ucuzlaşır - SƏBƏB?

Rus rublu hər gün ucuzlaşır - SƏBƏB?

Dünya

5 Noyabr 2014, 16:24


Rusiya rublu hər gün dünyanın əsas valyuta rezervləri olan dollar, avro, funt sterlinq və digərləri qarşısında ucuzlaşır. Rusiya Mərkəzi Bankının son bir həftə ərzində rulbun ucuzlaşmasının qarşısını almaq üçün milyardlarla vəsait xərcləməsinə baxmayaraq, bu ucuzlaşmanın qarşısını almaq mümkün olmur.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, təkcə bu gün avro 3, dollar isə 2,5 rubl bahalaşıb və müvafiq olaraq – 55,6 və 44,3 rubl təşkil edib.

 Həm dünya, həm də rusiyalı ekspertlərin fikrincə, rublun ucuzlşaması davam edəcək. Onların fikrincə, bu, ilk növbədə Rusiya iqtisadiyyatının xammal üzərində qurulması ilə bağlıdır. 2000-2013-cü illər ərzində dünya bazarında aparıcı xammal məhsullarının – neft, neft məhsulları, qaz, ərzaq məhsulları – taxıl, qarğıdalı, düyü və sənaye metalları – mis, nikel, dsink, qızıl, gümüş, platin və s. 3-3,5 dəfə bahalaşmışdı. Bu xammal ölkələrinə asan gəlir əldə etməyə və bunun əsasında öz valyutasını möhkəmləndirməyə xidmət edirdi. Lakin dünya iqtisadiyyatını ləngidən, yeni iş yerləri yatarmağa mane olan və istehsal xərclərini bahalaşdıran bu tendensiya 2013-cü ildən tərsinə dövr etməyə başladı. Dünya bazarında xammal qiymətləri sürətlə ucuzlaşdı.

Qərb ölkələrinin tətbiq etdikləri sanksiyaların ləğv olunmadığı şəraitdə neft dollarları üzərində dayanan rus rublu da öz stabilliyini itirdi. Çünki rublun kursu ilk növbədə dünya bazarındakı neftin qiymətindən asılı idi. Nəticədə, 1998-ci ildən bəri rubl ən böyük ucuzlaşma və böhran dövrünə qədəm qoyub. 1998-ci ilin avqusutnda Rusiyada defolt baş verən zaman rubl 4,5 dəfə dəyər itirərək dollar qarşısında 6 rubldan 27 rubla qədər ucuzlaşmışdı. İkinci dəfə rublu ağır sınağa 2008-ci ildə, dünya iqtisadi böhranı və Gürcüstanla baş verən müharibə şəraitində uğramışdı. Rubl dollar qarşısında 22 rubldan 37 rubla qədər bahalaşmışdı.

Ekspertlərin fikrincə, “Kreml bahalı neft erası”nın başa çatdığını anlamır və hələ də bahalı neft, ucuz kreditlər, çoxmilyardlı xarici kapital gözləntisindədilər. Halbuki, ölkəni yaxın illərdə büdcə kəsirləri, ödəniş qabiliyyətinin zəifləməsi və dərin sosial-iqtisadi böhran gözləyir.

Rusiya Mərkəzi Bankı yanvar ayından bəri rublun dollar və avroya nisbətdə kursunun stabilləşməsi üçün 40 milyard dollardan artıq vəsait xərclədiyini bildirib. Təsadüfi deyil ki, 2014-cü il yanvarın 28-də Mərkəzsi Bank daxili valyuta bazarına ən irimiqyaslı müdaxilə təşkil etmişdi. Rəsmi açıqlamada bank həmin gün 1,13 milyard dollar dəyərində xarici valyuta satdığını bildirmişdi. Lakin qısamüddətli effekti olan bu addım yalnız yanvarın 29-da rublun avro və dollar qarşısında bahalaşmasına yol açdı. Bir gün sonra isə rubl yenidən dəyər itirməyə başladı. Ardınca Mərkəzi Bank 1,65 milyard dollar dəyərində valyutasını sataraq bazara psixoloji təsir göstərəmk istəsə də, rubl yenə də dollar qarşısında 35 rubla qədər ucuzlaşdı. Halbuki, neft bumu illərində yarım trilyon dollar məbləğində valyuta ehtiyatı toplayan Rusiya həmin vəsaiti bu müddətdə rublun kursunun stabil saxlanmasına deyil, daxili səmayenin inkişafına sərf edə bilərdi. Çünki rublıun ucuzlaşması neqativ nəticələrlə yanaşı, öz müsbət tərəflərini də göstərir. Belə ki, rublun tədricən ucuzlaşması, milli rus sənayesinin Avropa ilə rəqabət qabiliyyətini artıra bilər və əlavə iş yerlərinin yaranamsına səbəb olar. Digər tərəfdən, rublun dəyərinin itməsi ölkədə inflyasiyaya minimal təsir göstərir.

Bu arada Rusiya Mrkəzi Bankı yayımladığı məlumatda, noyabrın 5-dən rublun kursunun saxlanmasına gündə 350 milyon dollardan artıq vəsait xərcləməyəcəyini elan edib. Bundan sonra rublun kursu sərbəst buraxılacaq.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU