“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Rakkada bu dəfə öz üzvünü edam edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat artıq baş kəsmək və çarmıxa çəkmək üsulunu eyni anda tətbiq edir.
Terror təşkilatı qorxunc cinayətlərinə bir yenisini daha əlavə edib. Bir çox baş kəsmə və müxtəlif şəkillərdə işgəncələrlə İraq və Suriyada saysız insanı öldürən İŞİD-in edam üçün artıq həm baş kəsmə, həm də çarmıxa çəkmə üsulunu istifadə etdiyi iddia edilir. Daha əvvəl də çarmıxa çəkərək xalqa ibrət olması üçün küçə ortasında cəsədləri buraxan İŞİD bu dəfə eyni adamı həm çarmıxa çəkib, həm də başını kəsib. Yenə o qorxunc cinayətlərdən birinin ardından bu mənzərə qalıb. İctimai mediada paylaşılan bu fotoşəkildəkiöldürülənin İŞİD-in öz adamı olduğu bildirilir.