Modern.az

Putin yatmağı bəhanə edib sammiti tərk etdi

Putin yatmağı bəhanə edib sammiti tərk etdi

Dünya

16 Noyabr 2014, 23:00



Rusiya prezidenti Vladimir Putin Avstraliyanın Brisbon şəhərində keçirilən “Böyük iyirmiliyin” – G20- sammitini vaxtından əvvəl tərk edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, işçigüzar səhər yeməyində iştirak etmədən yekun mətbuat konfransı keçirmək qərarına gəlib. Putin deyib ki, sammit “xeyirxah və işgüzar mühitdə” keçib: “Hesab edirəm ki, bizim işimiz təkcə konstruktiv olmayıb, həm də nəticə əldə olunub”.

O, Brisbeni tərk etməyinin səbəbini izah edərkən bunu gərgin rejimdə işləməsini və bir qədər yatmağa ehtiyacı olması ilə izah edib. Putin bundan alver etməməyi də məsləhət görüb: “Mən ümumi səhər yeməyinə getmədim, orada bizim nazir qalıb. Biz buradan Vladivostoka 9 saata uçacağıq, 9 saat da oradan Moskvaya uçmalıyıq. Bundan əlavə, evə çatmaq və birinci günü işə getmək lazımdır. Mən həm də 4-5 saat yatmalıyam”.

İkigünlük G20 sammiti noyabrın 15-də açılıb. Rusiya prezidenti Avstraliyaya bir gün əvvəl gəlib. Sammit zamanı Putin Fransa prezidenti Fransua Olland və Böyük Britaniyanın baş naziri Devid Kemeron, bundan əvvəl isə İtaliyanın baş nazoiri Matteo Rentsi ilə görüşüb.

  Modern.az  
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi