Qondarma “Luqansk Xalq Respublikası”nın (“LXP”)rəhbəri İqor Poltnitski Ukrayna prezidenti Pyotr Poroşenkonu duelə çağırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “LXR”in lideri bu vasitə ilə iki tərəf arasındakı mübahisəni həll etmək və silahlı münaqişəyə son qoymaq niyyətindədir. “Gəlin qədim slavyan başçılarının və şöhrətli kazak atamanlarının nümunəsi kimi təkbətək qalaq. Kim qalib gələcəksə, o da öz şərtlərini qarşı tərəfə diktə edəcək”, - Plotlinskinin Poroşenkoya ünvanladığı açıq məktubda qeyd edilir.
“LXR” lideri Ukrayna prezidentinə duel keçiriləcək yeri, hətta bu zaman istifadə ediləcək silahı özünün seçməsini də təklif edib: “Əgər siz mümkün hesab edirsinizsə, istənilən telekanalda birbaşa yayımın da əleyhinə deyiləm. Duelin yeri və silah seçimini də sizin ixtiyarınıza verirəm. Hər tərəfin 10 nəfər müşahidəçi-sekundant və 10 nəfər KİV nümayəndəsi gətirmək haqqı var, bu halda duel şərəfli olacaq”.