Modern.az

İran prezidenti ABŞ-la razılaşmadan danışdı: “Böyük” arzularından əl çəkərsə...”

İran prezidenti ABŞ-la razılaşmadan danışdı: “Böyük” arzularından əl çəkərsə...”

Dünya

20 Noyabr 2014, 10:16

İran prezidenti Həsən Ruhani nüvə müzakirələri zamanı son razılaşmaya gəlmək üçün şərtlərin uyğun olduğunu, lakin ABŞ-ın həddindən artıq istəkləri səbəbindən hələlik bunun mümkün olmadığını deyib. O qeyd edib ki, ABŞ bu istəklərindən əl çəkməlidir.

Modern.az İran rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, Ruhani, Tehranda verdiyi açıqlamada davam edən nüvə müzakirələri bağlı danışıb.

"Bu gün problemlərlə qarşı-qarşıya olan dünya iqtisadiyyatında, ortaq razılaşma yolu ilə İranın yüksək iqtisadi tutumu yenidən bərpa edilə bilər”.

Onun sözlərinə görə, qarşı tərəf müzakirələrdə anlaşmaya gəlmək üçün siyasi iradə ortaya qoyarsa və “böyük” arzularından əl çəkərsə, hazırkı vəziyyət nüvə anlaşmasına gəlmək üçün uyğundur.

Prezident vurğulayıb ki, hazırda İran xalqının haqlarını qorumaq və bölgədə sakitlik yaratmaq üçün ortaq bir anlaşmaya gəlinməsi yönündə əllərindən gələni edirlər. 

Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi