Türkiyə siyasətində son vaxtlar bir-birinin ardınca yeni partiyalar yaradılır. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, professor Abdürrahim Qarslının Mərkəz Partiyası, İdris Balın Demokratik İnkişaf Partiyası və ən sonda Cümhuriyyət Xalq Partiyasından istefa verən Ankaradan millət vəkili Əminə Ülkər Tarhanın Anadolu Partiyasını qurub. İndi isə yeni bir partiya daha qurulur. Bu, bir qrup milliyyətçinin yaradacağı Milli Mübarizə Partiyasıdır.