Modern.az

Ovannisyan “ağıllanıb”: “Bir daha “Dağlıq Qarabağ”ın tanınması məsələsini qaldırmayacağıq”

Ovannisyan “ağıllanıb”: “Bir daha “Dağlıq Qarabağ”ın tanınması məsələsini qaldırmayacağıq”

Dünya

21 Noyabr 2014, 13:38



“Təəssüf ki, təkcə Ermənistan yox, Dağlıq Qarabağ da Yerevanın “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına hazır deyil”. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu bəyanatla bu gün “İrs” Partiyasının lideri Raffi Ovannisyan çıxış edib. Onun sözlərinə görə, “Dağlıq Qarabağ” bu tanınmaya hazır olmalıdır: “Ermənistanda hələ ki yeni hüquqi qaydalar, legitim hakimiyyət yoxdur, mən şəxsən və “İrs” Partiyası bir də heç vaxt bu məsələni qaldırmayacağıq”.

“İrs” və onun lideri dəfələrlə Ermənistan parlamentində separatçıların işğal etdiyi “Dağlıq Qarabağ”ı respublika kimi tanınma məsələsini qaldırıb. Ancaq Ermənistan parlamentindəki digər qüvvələr bəyan ediblər ki, “İrs”in bu təşəbbüsünün vaxtı deyil. Onların fikrincə, bu, həm də danışıqlar prosesini poza bilər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi