Modern.az

UEFA-dan çox mübahisə ediləcək futbol QƏRARI

UEFA-dan çox mübahisə ediləcək futbol QƏRARI

Dünya

21 Noyabr 2014, 17:05


UEFA ardıcıl penalti vuruşlarının matçdan əvvəl edilməsini gündəminə alıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşma öncəsi üstünlük qazanan komanda 120 dəqiqəlik oyundan sonra hesab bərabər olarsa, növbəti mərhələyə adlayacaq

Futbolu daha izlənilə bilən və həyəcanlı vəziyyətə gətirmək üçün çalışan UEFA maraqlı dəyişiklikləri gündəmə gətirib. Buna görə ehtiyat klubu genişlənəcək, hətta 10 dəqiqəlik mini cəzalar tətbiq olunacaq.
Bu yeni qaydaların araşdırılmasına “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqüsson məsul olacaq. Ferqüsson UEFA Elit Məşqçilər forumunda hakimlərlə birlikdə işlər görəcək.

“İndependent” qəzetinin etibarlı mənbələrdən əldə etdiyi xəbərdə UEFA-nın bəzi dəyişiklikləri 2016-cı il Avropa Çempionatına yetişdirməyi düşündüyü bildirilir.

Gündəmdəki ən böyük dəyişikliyə görə, tək matçlı ələmə sistemində ardıcıl penalti vuruşları 120 dəqiqənin sonunda deyil, 90 dəqiqənin dərhal ardından, ya da ilk fitdən əvvəl reallaşdırılacaq. Ardıcıl penaltini qazanacaq komanda 120 dəqiqə sonrasında hesab bərabər olarsa, mərhələ adlayacaq. Beləcə tərəflərin müdafiə futbolu oynamasına, bir başqa deyimlə “qapının önünə avtobus çəkilməsinə” maneə törədiləcək.

Bir başqa təklif isə hokkey oyunlarında istifadə edilən “sin-bin”, yəni komandanın bir müddət əskik oynaması qaydasıdır. Bu qaydanın futbol versiyasında qırmızı karta qədər ağır hərəkətlərə yol verən futbolçuların 10 dəqiqə cəza alması təklif olunur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi