ABŞ-ın vitse-prezidenti Cozef Bayden bu gün “Avromaydan” qurbanlarının xatirəsini yad etmək üçün Kiyevdə olub və o Ukrayna prezidenti Pyotr Poroşenko ilə örüşüb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezident Administrasiyasında çıxış edən ABŞ rəsmisi Rusiyanı “Minsk razılaşması”na əməl etməyə çağırıb.
“ABŞ heç zaman Rusiyanı Krımı işğal etməsi faktını tanımayacaq. Biz ona təkid edirik ki, beynəlxalq partnyorlarımız bu işğalı tanımasın. İndi Rusiya və onun tərəfdarları üçün əsas yol bir sıra öhdəliklərin icrasıdır. Cənab Putin, razılaşdığınızı yerinə yetirin”,-deyə Cozef Bayden söyləyib.ABŞ-ın vitse-prezidenti vurğulayıb ki, Rusiya Ukraynanın şərq vilayətlərindən öz hərbçilərini çıxarmalı və ərazini azad etməlidir.
“Lakin buna baxmayaraq, biz Rusiyanın fitnəkar hərəkətlərini, ən böyük hörmətsizliyini görürük. Əgər belə olacaqsa, Rusiya daha çox təcrid ediləcək".
Aqşin Kərimov