Əfqanıstanın Yakyakhail bölgəsində bu gün günortadan sonra həyat keçirilən voleybol turnirində bir nəfər özünü oyunu izləməyə gələnlərin arasında partladıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk məlumatlara görə, hadisə zamanı 45 nəfər həyatını itirib, 50-dən çox yaralının olduğu bildirilir. Ölənlərin sayının artacağı da istisna olunmur.
Modern.az