Modern.az

İŞİD işğal etdiyi kürd kəndlərini satır

İŞİD işğal etdiyi kürd kəndlərini satır

Dünya

24 Noyabr 2014, 10:09

Kobanidəki son vəziyyətə görə kürd qüvvələri “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı arasında döyüş zəifləyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD-in işğal etdiyi kürd kəndlərini 5-10 min dollara satdığı ortaya çıxıb. Kəndləri satılan Ziraviklılar talan edilən kəndlərin ərəb qonşularına satıldığını bildirərək terrorçuların  məqsədinin xalqları bir-birinə düşmən etmək olduğunu söyləyib. Kobaniyə sentyabrın 15-də tank, top və ağır silahlarla başlatdığı işğal zamanı 32 kəndi işğal edən İŞİD şəhərdəki kürd qüvvələrinin dirənişi qarşısında ağır itkilər verməyə başlayınca işğal altındaki kürd kəndlərini sataraq qaçdığı ortaya çıxıb. Sərhədi keçərək Surucun Boyde kəndinə yerləşən Kobaninin şimalındakı Ziravik kənd sakinləri kəndlərinin İŞİD tərəfindən Minbiç, Sirrin, Bab, Cerablus, Gire Spi, Raqqa kimi şəhərlərdəki ərəblərə satıldığını iddia ediblər. 



Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi