Modern.az

Uyğur türklərinin acılı-ağrılı səfəri - FOTOLAR

Uyğur türklərinin acılı-ağrılı səfəri - FOTOLAR

Dünya

24 Noyabr 2014, 10:45

İngiltərənin televiziya kanalı “Channel 4” təzyiqə uğradıqları Çindən qaçıb qeyri-qanuni yollarla Türkiyəyə getməyə çalışan Uyğur türklərinin acılı-ağrılı səfərini xüsusi bir hesabatla sənədləşdirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hesabatda ana vətənləri olan Çinin Şincan bölgəsində etnik və dini ayrı-seçkiliyə uğrayan Uyğur türklərinin insan qaçaqçılarına minlərlə dollar ödəyərək əvvəl Tailanda, oradan da Malayziyanın paytaxtı Kuala Lumpura keçdiyi bildirilir. Kuala Lumpura çatan uyğurların buradan Türkiyəyə gedə bilmək üçün saxta pasportlar satın aldığı, ya da Türkiyə səfirliyindən kömək istədiyi açıqlanıb.

Mart ayında Tailandın cənubundakı meşəlik bir bölgədə tailandlı gömrük işçiləri tərəfindən tutulan və o zamandan bəri nəzarətdə saxlanılan 290 Uyğur kişi, qadın və uşaqla danışan “Channel 4”ün müxbirləri onların yalnız “Azadlıq, bərabərlik və insan haqları istədiyini” söyləyib.

Tailandlı Təhlükəsizlik Xidmətinin müdiri Thatchai Pitaneelaboot mövzu ilə əlaqədar verdiyi açıqlamada deyib: “Uyğur türklərini görüncə çox çaşdıq. Daha əvvəl qarşı-qarşıya gəldiyimiz heç bir mühacir qrupuna bənzəmirdilər. Kitab oxuyur, məşq edir, ancaq tək söz belə danışmırdılar. Orta sinifdən insanlara bənzəyirdilər. Birlikdə hərəkət edir, onları ayırdığımızda belə liderlərinə bağlı qalırdılar”.

Polis müdiri qrupun liderinin “Türk olduqlarını və Türkiyəyə getmək istədiklərini” söylədiyini, ancaq hansı ölkənin vətəndaşı olduqlarını demədiklərini bildirib: “Əgər bu mühacirlər Çin vətəndaşıdırsa, Çinə geri dönmələri lazım olacaq”.

“Human Rights Watch” təşkilatı isə Tailandda tutulan Uyğur türklərinin qətiliklə Çinə təslim edilməməsi lazım olduğunu, çünki burada mühakimə olunacaqlarını və işgəncəyə məruz qalıb öldürülə biləcəklərini bəyan edib.

Saxlanıldıqları yerdə “Channel 4”ün Asiya müxbiri John Sparks ilə danışan uyğurlar da türkcə danışaraq türk olduqlarını, Türkiyəyə getmək istədiklərini, çünki orada qohumlarının, dostlarının olduğunu deyiblər.

Bir qrup Uyğur türkü yanlarında daşıdıqları Türkiyə bayrağını da açıb müxbirlərə göstərib.

Uyğur türkləri uşaqlarının da onlarla birlikdə saxlanıldığını, çoxu xəstə olan bu uşaqların ciddi təhlükələrlə qarşı-qarşıya qaldığını bildiriblər.










Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi