Modern.az

Qarabağ separatçılarının lideri ABŞ-da erməni biznesmenlərdən pul istəyib

Qarabağ separatçılarının lideri ABŞ-da erməni biznesmenlərdən pul istəyib

26 Noyabr 2014, 11:28



Qondarma “Dağlıq Qarabağ Respublikası”nın lideri Bako Saakyan ABŞ-a səfəri çərçivəsində Los Anceles şəhərində yerli erməni biznesmenlərlə görüşüb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Saakyan Dağlıq Qarabağda diaspor ermənilərinin həyata keçirəcəkləri yeni investisiya layihələrini müzakirə edib. Görüşdə Amerikadakı “Daşnaksütyun” və “Hnçak” partiyalarının nümayəndələri də iştirak ediblər.

Separatçıların lideri ABŞ-a noyabrın 28-də Los Ancelesdə Qarabağ üçün ianə toplamaq məqsədilə keçiriləck “Hayastan” ümumerməni fondunun illik telemarafonunda iştirak etmək üçün gedib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi