Rusiyadakı indiki vəziyyət Ermənistanda dollar qıtlığına səbəb olur. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasından olan deputat, iqtisadiyyat üzrə komissiyanın sədr müavini Mikael Melkumyan bəyan edib. Onun sözlərinə görə, Ermənistanın 3 milyard dollarlıq xarici ticarət kəsiri investisiya və xaricdən transfertlə örtülməlidir:
“Bunun üçün vacib mənbə isə Rusiyadır, ancaq iqtisadi tənəzzülə görə buradan daxilolma azalır: investisiyanın həcmi əvvəllər də yüksək deyildi, transfert isə 500 milyon dollara qədər düşüb. Rusiyaya Ermənistandan ixrac da azalıb. Bu vəziyyətdə dramın kursunun dollara nisbətdə aşağı düşməsi tamamilə obyektivdir”.