Modern.az

Platini israr edir: futbolçulara ağ kart da göstərilsin!

Platini israr edir: futbolçulara ağ kart da göstərilsin!

29 Dekabr 2014, 00:20


UEFA prezidenti Mişel Platini dekabrın 28-də futbol matçlarında "ağ kart" ideyasını yenidən səsləndirib. Dubayda keçirilən idman konfransda Platini bildirib ki, "ağ kart"ın göstərilməsi futbolçunun müvəqqəti olaraq 5, 10 dəqiqəliyə oyundan çıxartmaq deməkdir.
Mişel Platini "ağ kart" ideyasını ilk dəfə bu ilin oktyabr ayında səsləndirmişdi.

Hazırda futbol oyunlarında qaydaları pozan oyunçulara iki cür kart göstərilir: sarı və qırmızı. Sarı kart əbərdarlıq, qırmızı kart isə oyundan tamam çıxarılmaq deməkdir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi