Yanvarın 25-i Ukraynada matəm günü elan edilib. Modern.az xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonn imzaladığı fərmanla Donetsk vilayətinin Mariupol şəhərinin artilleriya atəşinə tutulması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ilə əlaqədar, ölkədə bir günlük matəm élan edilib.
Dünən rusiyameylli separatçıların Mariupol şəhərini raket atəşinə tutması nəticəsində 30 dinc sakin, o cümlədən iki uşaq həlak olub, şəhərin daha 95 sakini, o cümlədən 9 uşaq yaralanıb. Zərərçəkmişlərin sayı artmaqdadır.
Bu gün Bakı vaxtı ilə saat 14:00-da Ukrayna xalqı həlak olanların xatirəsini bir dəqiqə sükutla yad edəcək.
Modern.az