Modern.az

Kolumbiyalı qız “Kainat gözəli” seçildi - FOTOLAR

Kolumbiyalı qız “Kainat gözəli” seçildi - FOTOLAR

26 Yanvar 2015, 10:10

Ötən gecə ABŞ-da “Kainat gözəli-2014” müsabiqəsinin finalı keçirilib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, yarışmada kolumbiyalı qız Paulina Veqa “Kainat gözəli-2014” tacına layiq görülüb.

Kolumbiyalıdan başqa, finala çıxan ilk beşlikdə ABŞ, Hollandiya, Ukrayna və Yamayka nümayəndəsi də olub. Müsabiqədə ümumilikdə 87 qız iştirak edib. Yarış Mayamidə keçirilib.

Vitse-gözəl titulunu ABŞ-dan olan Nia Sançes və “Ukrayna gözəli” Diana Qarkuşa qazanıb.

Rusiyalı Yuliya Alipova 15 finalçı arasına düşə bilməyib.

22 yaşlı Pauina məşhur tenor Qaston Veqanın nəvəsidir. Onun 3 qardaşı və 4 bacısı var. “Kainat gözəli 2014” deyib ki, bu onun sonuncu gözəllik yarışmasıdır, çünki tezliklə təhsilə qayıtmaq niyyətindədir.
Qalib qiymətli tacla mükafatlandırılıb və Nyu-York şəhərində bir il pulsuz yaşamaq hüququ qazanıb. Çexiyanın Diamonds International Corporation şirkəti tərəfindən ağ qızıldan hazırlanmış tacın çəkisi 411 qram, dəyəri 300 min dollardır.

Xatırladaq ki, "Kainat gözəli-2013” Venesuelalı qız seçilmişdi. Qabriela İsler Moskvada keçirilən yarışının qalibi olmuşdu.







Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi