Modern.az

“Hizbullah” İsrail tankını məhv etdi: 4 nəfər öldü

“Hizbullah” İsrail tankını məhv etdi: 4 nəfər öldü

Dünya

28 Yanvar 2015, 16:12



Livanın cənubunda fəaliyyət göstərən “Hizbullah” hərəkatı İsarilə məxsus tankı məhv edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Livanla sərhəddə hərəkət edən tank Livan ərazsiindən atılan tank əleyhinə raket tərəfindən məhv edilib. İnsident nəticəsində 4 nəfərin həlak olduğu, bir neçə nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı İsrail qoşunlarının (ÇAXAL) baş qərargah rəisi Beni Qans təcili olataq baş nazir Benyamin Netanyahu ilə görüşüb. Artıq “Hizbullah” hərəkatı tankın məhv edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Yanvarın 18-də İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah”düşərgələrini bobmalaması nəticəsində aralarında İran ordusunun generalı da olmaqla 6 nəfər həlak olmuşdu.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi