Modern.az

Ermənistanın müdafiə naziri prezidentlik iddialarından danışdı

Ermənistanın müdafiə naziri prezidentlik iddialarından danışdı

Dünya

29 Yanvar 2015, 10:51


Ermənistan ictimaiyyətində növbəti prezidentin kim olacağı ilə bağlı müzakirələr davam etdir. Onlar arasında ən şanslı namizədin Qarabağ klanına mənsub olan müdafiə naziir Seyran Ohanyan olduğu bildirilir. Modern.az saytı xəbər verir ki, məsələ ilə bağlı Ermənistanın “Joxovurd” qəzeti adıçəkilən nazirlə əlaqə saxlayaraq onun 2018-ci il seçkilərində prezident ambisiyalarının olub-olmadığı ilə maraqlanıb:  
“Bu gün Ermənistanda hakimiyyətin bütün qanadları fəaliyyət göstərir. Dövlət idarəçiliyində bu gün müvafiq sistem qurulub və mən bu sistemdə öz yerimi tuturam. Bu postda çoxlu vəzifələrim var. Onlar çox geniş və məsuliyyətlidir. Müdafiə naziri kimi görüləsi hələ çox işim var və onları görməkdə davam edirəm”.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi