Modern.az

Qorbaçov Putini müdafiə etdi: “Görəsən, avropalılar öz başlarını itiriblər?”

Qorbaçov Putini müdafiə etdi: “Görəsən, avropalılar öz başlarını itiriblər?”

Dünya

29 Yanvar 2015, 13:52

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiya ilə ABŞ arasında davam edən gərginliyin “soyuq müharibə” fazasından “isti müharibə” fazasına keçəcəyini bildirib.

Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, keçmiş prezident bu gərginliyin ABŞ tərəfindən qaynaqlandığını iddia edib: “ABŞ öz zəfərini açıq şəkildə reallaşdırmaq üçün Moskvanı bu mürəkkəb oyuna daxil edib. Təəssüf ki, mən deyə bilmərəm ki, bu “soyuq müharibə” “isti müharibəyə” çevrilməyəcək. Qorxuram ki, ABŞ bu riski gözə alıb”.

Qorbaçov Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları da xatırladıb: “İndi ancaq elə ABŞ və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar barədə eşidirsən. Görəsən, onlar öz başlarını itiriblər?”

Bundan əvvəl də Mixail Qorbaçov Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pisləyən açıqlamalar verib. O, yanvarın əvvəllərində Ukrayana böhranının Avropada tammiqyaslı mühariəbəyə çevrilə biləcəyini demişdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi