Moskva ABŞ dövlət katibi Con Kerrinin gəlişinə hazırlaşır. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
Qəzet yazıb ki, ABŞ dölət katibinin səfəri 4-5 fevralda reallaşa bilər. “Əgər tərəflər razılaşsa, bu, Con Kerrinin Moskvaya 2013-cü il may ayından sonrakı ilk səfəri olacaq”,-deyə nəşr bildirib.Məlumata görə əgər səfər baş tutarsa, Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla Ukrayna münaqişəsini, ərəb-İsrail konfliktini, Suriya böhranını, İranın nüvə proqramını müzakirə edəcək.
Modern.az