Modern.az

Ermənistanın baş nazirinə ultimatum: “Ya aşağı düş, ya da çıx get!”

Ermənistanın baş nazirinə ultimatum: “Ya aşağı düş, ya da çıx get!”

Dünya

30 Yanvar 2015, 13:18



Ermənistanda “Dövriyyədən vergi haqqında” yeni qanuna etiraz edən yüzlərlə ticarətçi bu gündən radikal tədbirlərə keçəcəklərini bəyan ediblər. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəqiqələrdə Yerevanda hökumət binasının qarşısına toplaşan etirazçılar baş nazir Ovik Abramyanla görüş tələb edirlər: “Biz tələb edirik ki, baş nazir aşağı düşsün, bizimlə görüşsün və qanunun fəaliyyətinin niyə dayandırılmaması barədə sualımıza cavab versin. Baş nazir, öz isti kabinetindən çıx. Əgər çıxmırsansa, çıx get. Bu gündən etiraz əlaməti olaraq radikal tədbirlərə əl atacağıq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi