Respublikaçı Mitt Romni bəyan edib ki, 2016-cı il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcək: “Uzun müddət fikirləşəndən sonra belə qərara gəldim ki, digər partiya yoldaşıma növbəti dəfə namizəd olmaq imkanı yaradım”. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Romni qərarını belə izah edib.
2016-cı il seçkilərində mümkün namizədlər arasında milliyarder Donald Tramp, keçmiş dövlət katibi Hillari Klinton və Corc Buşun qardaşı Ceb Buşun adları çəkilir.
Romniyə gəldikdə, o, 2008 və 2012-ci il seçkilərində iştirak edib. Birinci dəfə namizədliyini respublikaçı Con Makkeynin lehinə geri götürüb, ikinci dəfə isə Barak Obamaya uduzub.
Romni 2003-2007-ci illərdə Massaçusets ştatının qubernatoru olub.
Modern.az