Ukraynada yaşanan daxili müharibəyə xalq o qədər alışdı ki, yolda yatan cəsədlərə baxmayaraq, insanlar normal həyatlarına davam edir. Modern.az xəbər verir ki, Ukraynada Rusiya tərəfindən dəstəklənən terrorçularla qarşıdurma 2014-cü ildən bəri davam edir. Ukraynanın Donetks şəhərində çəkilən fotoşəkildə ukraynalıların daxili müharibəyə nə qədər alışdığı nümayiş etdirilir.
Bir avtobus dayanacağının yaxınlığında çəkilən fotoşəkildə, yerdə bir cəsədin olmasına baxmayaraq, heç baxmadan keçən bir qadın görünür. Cəsədin dərhal digər tərəfində də iki qadının söhbət etdiyi görünür.
Eyni yerdə çəkilən digər bir fotoşəkildə isə cəsədin dərhal yanında bir adamın sınmış pəncərə çərçivələrini açdığı görünür. Cəsədlərə alışan ukraynalılar, cəsədləri bir kənara qaldırmaq deyil, cəsədlərin üstünü də örtmürlər.
Modern.az