Modern.az

Baş nazirin oğlu mer seçildi

Baş nazirin oğlu mer seçildi

Dünya

8 İyun 2015, 11:51

Ermənistanın baş naziri Ovik Abraamyanın oğlu, “İmperium Qrup” Açıq Səhmdar Cəmiyyətinin direktoru, bitərəf Arqam Abraamyan iyunun 7-də keçirilən seçkilərdə Artaşat şəhərinin meri seçilib. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, onun namizədliyini hakim Respublika Partiyası irəli sürüb. İlkin məlumata görə, Arqam Abraamyanın lehinə 19013, əleyhinə 116 nəfər səs verib.


Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi