Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu nəşr haqqında yalan danışdığını bəyan edib.
Modern.az saytının məlumatına görə “The Guardian” bu günkü buraxılışının baş məqaləsində Türkiyə liderinin mətbuat haqqında çirkin ifadələr işlətdiyini bildirilib.
“Prezident Ərdoğan mətbuata cəza yağdırmağı sevir. Türkiyə lideri mətbuat haqqında təhqiramiz ifadələr işlədir, “Guardian” haqqında da yalanlar danışır. Bəlkə buna görə bizə bir üzr borcludur”.
Məşhur media orqanı Ərdoğanın “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündarı casusluqda ittiham etməsini, jurnalist Mehmet Baransunun 52 il həbs tələbi ilə istintaqın başladılmasını pisləyib.
Qeyd olunub ki, Türkiyə rəhbəri Almaniyanın “Diz Zeit”, ABŞ-ın “New York Times” qəzetlərinə etdiyi hücumlardan sonra “Guardian”ı da hədəfə alıb. Məlumat üçün bildirək ki, Ərdoğan “Guardian haqqında bildirmişdi: “Baxın görün bir ingilis qəzeti nə deyir, bilirsiniz? Tam Qərbləşməmiş yoxsul müsəlmanların öz ölkələrini idarə etmələrinə izn verilməz. Sən kimsən, tərbiyəsiz! Həddini bil!”
“Guardian” isə yazıb ki, Ərdoğanın iddia etdiyi şeyləri söyləməyib və yazmayıblar.
“Biz bildirmişik ki, AKP tərəfdarları olan seçicilər fağır, Qərbə az meylli və daha dindar kəsimlərdən ibarətdir. Bununla yanaşı, yazmışıq ki, AKP daha gənc və daha çox şəhərlərdə yaşayan türklərlə əlaqə qurmur. “Guardian”a qarşı ittiham tam yalandır. Görünən odur ki, prezidentin yaxın olan bir jurnalist nəsə uyudurub, başqaları da onun dediklərini əsas gətirərək şərhlər veriblər”.
Aqşin Kərimov