İyunun 7-dəki seçkinin ardından bu gün Ankarada sürpriz bir görüş baş tutacaq.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə siyasətinin tanınmış simalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalyadan millət vəkili, bu partiyanın keçmiş lideri Dəniz Baykalla görüşəcək. Baykalın adının Böyük Millət Məclisinin sədrliyinə namizədlər arasında keçməsi səbəbindən bu görüşün ayrı bir əhəmiyyət daşıdığı iddia edilir.
Ərdoğanla Baykal;n yerli vaxtla saat 12:30-da Çankayadakı Xarici İşlər Nazirliyinin iqamətgahında görüşəcəyi bildirilir. Görüşü Ərdoğanın istədiyi də qeyd edilir. Baykalın da CHP lideri Kamal Kılıçdaroğluna görüşlə bağlı məlumat verdiyi vurğulanır.