Modern.az

Sabiq komandan fərarililiyə görə axtarışa verilib

Sabiq  komandan fərarililiyə görə axtarışa verilib

Dünya

11 İyun 2015, 14:04



Ukrayna Daxili İşlər Nazirliyinin daxili qoşunlarının keçmiş komandanı Stanislav Şulyak axtarışa verilib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, keçmiş qoşun komandanı “fərarilik” maddəsi ilə axtarılır.

Ukrayna Daxili İşlər Nazirliyi Şulyakın öz xidməti yerini tərk edərək xidməti vəzifələtindən yayındığını müəyyən edib. 

Hazırda onun ünvanının müəyyən olunması üçün tədbirlər həyata keçirilir.

Bundan əvvəl, Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə fərarilik hallarının azaldığını bildirmişdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi