Modern.az

Avropa Oyunlarına görə Bakıya gəlmiş məşhur aktyor tamaşa hazırlayacaq

Avropa Oyunlarına görə Bakıya gəlmiş məşhur aktyor tamaşa hazırlayacaq

Dünya

11 İyun 2015, 14:24

Əslən Azərbaycandan olan dünya şöhrətli aktyor Rober  Osseyn Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirib. 1927-ci ildə Parisdə anadan olan Rober bu gün də orada yaşamasına baxmayaraq, hər zaman Azərbaycandan olduğunu qeyd edib. Onun budəfəki gəlişi Avropa Oyunları ilə bağlıdır. Dünyaca məşhur həmyerlimiz ilk Avropa Oyunlarının məşəldarlarından biri olub.

Modern.az
xəbər verir ki, Rober Osseyn Avropa Oyunlarının məşəldarlarından biri olmasının onun üçün şərəf olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan tarixdə bir çox ilklərə imza atıb: “Azərbaycan qadınlara Şərqdə ilk dəfə səsvermə hüququnu verdiyi kimi, I Avropa Oyunlarının keçirilməsi də bu ölkə üçün əhəmiyyətli hadisələrdən biridir”.  Hər zaman tar musiqisinin sədaları altında, Şərq mentaliteti, ruhu ilə böyüdüyünü deyən aktyor bunun əsas səbəbkarı kimi azərbaycanlı atasını qeyd edib. Aktyorun atası Səmərqənddə anadan olan azərbaycanlı Əminulla Hüseynovdur. Kiyevdə pianoçu və aktrisa Anna Minevskaya ilə ailə həyatı quraraq Parisə köçüblər. Rober Osseyn də 1927-ci ildə bu şəhərdə anadan olub. İlk dəfə “Dənizkənarı sarışın” filmində debüt edən aktyor sonradan bir çox filmlərdə çəkilərək Fransanın ən tanınmış sənət xadimlərindən birinə çevrilib.

Mətbuat konfransında da səsləndirdiyi kimi,  F.Dostoyevski, A.Çexov,  M. Qorki, V. Hüqo kimi yazıçların əsərləri əsasında çəkilən filmlərdə rol alıb. Ən məşhur filmləri isə “Don Juan-73”, “Cinayət və cəza ”, “Anjelika” dır. 88 yaşlı aktyor Bakıda da tamaşa hazırlamaq istədiyini bildirib. Rober Osseynin sözlərinə görə, nəzərdə tutduğu tamaşa II Dünya Müharibəsindən bəhs edəcək. Burada ən çox insan faciələri, insanların göstərdiyi şücaət əks olunacaq.




Elmin NURİ

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi