Modern.az

Kommunistlər nazirliyi işğal etdi - FOTOLAR

Kommunistlər nazirliyi işğal etdi - FOTOLAR

Dünya

11 İyun 2015, 16:53

Yunanıstanın paytaxtı Afinada hökumətin iqtisadi siyasətinə etiraz edən Yunanıstan Kommunist Partiyasına bağlı (YKP) Panhelenik Mübarizə Cəbhəsi (PAME) üzvü olan bir qrup Maliyyə Nazirliyini işğal edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Maliyyə Nazirliyinin Sintagma meydanındakı mərkəz bürolarının olduğu binanın qarşısına toplaşan təxminən 500 nəfərlik qrup iş saatı başlayan kimi binaya girib.

Qapıları bağlayaraq nazirlikdə işləyənlərin içəri girməsinə maneə törədən nümayişçilər, binanın önündə “Kifayət qədər qanımızı axıtdıq, kifayət qədər ödədik”, “Ey xalq, məsələni əlinə al, yeni tədbirləri və müddətsiz memorandumları dayandır” yazılı plakatlar asıblar.  

Nazirlik binasının önünə gətirilən çox sayda polisin nümayişçilərə müdaxilə etmədiyi diqqəti çəkərkən, ətrafdakı prospektlərə də hökumət əleyhinə şüarlar söyləyən qrupların hərəkəti davam edir.   Hökumətin seçkidən əvvəl verdiyi vədləri yerinə yetirməsini istəyən nümayişçilər, minimum məvacibin 751 avroya çatdırılmasını və digər tələblər irəli sürürlər.    











Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi