Modern.az saytının məlumatına görə bu kontekstdə ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, “Pen American Center” analitik mərkəzinin icraçı direktoru Syuzan Nossel məşhur “Foreign Policy” nəşrində məqalə yazıb.
Müəllif bildirib ki, Rusiyaya qarşı sanksiyaların effektivliyi haqqında Avropa dövlətlərinin mövqeyində fikir ayrılıqları mövcuddur.
Ekspertin fikrincə, G7 ölkələrinin Rusiya əleyhinə sanksiyaları genişləndirmək barədə apardığı müzakirələrin reallaşdırılması mürəkkəb xarakter alır.
Analitik siyasi təzyiq mexanizmi kimi təcrid etmə üsullarının cazibədar göründüyü bildirsə də, bunun nəticələrinin effektsiz olduğunu vurğulayıb:
“Bu, geosiyasi ekvivalent uşaq bağçasında sosial sxem üzrə qrupların davranışına bənzəyir. Rusiya prezidenti Vladimir Putin sanksiyalara kontur tədbirlərlə cavab verdi. ABŞ prezidenti Barak Obamanın Rusiyanı təcrid üçün beynəlxalq aləmə etdiyi çağırışları isə iflasa uğradı”.
Dövlət Departamentinin sabiq əməkdaşı onu da əlavə edib ki, Moskva əleyhinə qəbul edilən sanksiyalardan Avropa bazarları da zərər görüb.
“Ona görə də bu siyasətin effektiv olmasından şübhəyə düşürlər. ABŞ dövlət katibi Con Kerrinin Rusiyaya səfəri isə onu göstərdi ki, Vaşinqton Rusiya lideri ilə münaqişədə olmaq niyyətində deyil”,-deyə şərhini verib.
Aqşin Kərimov