Modern.az

Kral bacısını tituldan məhrum etdi

Kral bacısını tituldan məhrum etdi

12 İyun 2015, 11:28


İspaniya kralı VI Filipp kiçik bacısını və ərini Palma-de-Malyorka hersoqu titulundan məhrum edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əri İnyaki Urdanqarin ilə birgə adları maliyyə fırıldaqlarında keçən cütlük üzərində məhkəmə qurulması da gözlənilir.
İnfanta Kristina və onun əri İnyaki Urdanqarinin hersoq titulundan məhrum edilməsi ilə bağlı fərman iyunun 12-dən qüvvəyə minəcək. Prokurorluğun məlumatına görə, Urdanqurinin də rəhbərliyinə daxil olduğu Noos İnstitutu ictimai təşkilatı və keçmiş işgüzar tərəfdaşı Dieqo Torres Balearski adasının və Valensiyanın büdcəsindən külli miqdarda pul çıxararaq kiçik bir qrupla birgə mənimsəyiblər.
Bu işlə bağlı araşdırma aparan Balearski adasının prokurorluğu Urdanqarinin 12,6 il azadlıqdan məhrum edilməsini təklif edir. Digər ittihama görə, İnfanta ərinin maliyyə fırıldaqlarında iştirakçı olub və bu səbəbdən 0nu da 8 il azadlıqdan məhrum etmək lazımdır.  
 
Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi