Modern.az

Saakaşvili Gürcüstandakı fəlakətdən yazdı: “Ürəyim dağlanır”

Saakaşvili Gürcüstandakı fəlakətdən yazdı: “Ürəyim dağlanır”

14 İyun 2015, 16:20


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ölkəsinə yaşanan fəlakətdən dəhşətə gəldiyini bildirib. Modern.az xəbər verir ki, Ukraynanın Odessa vilayətinin hazırki qubernatoru Mixail Saakaşvili ölkəsində yaşanan sel və daşqın fəlakətilə bağlı özünün Facebook-dakı səhifəsində bunları bildirib:

”Tbilisidəki kadrları görəndə ürəyim dağlanır. Ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

M.Saakaşvilinin sözlərinə  ki, o, Ukraynanın daxili işlər naziri Arseni Avakovla Gürcüstana yardım etməyin mümkün olub-olmadığı barədə müzakirələr aparıb. Ukrayna hökuməti Gürcüstana humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi