Modern.az

Terror təşkilatı qadın bazarı açıb

Terror təşkilatı qadın bazarı açıb

3 İyul 2015, 09:41


Terror təşkilatı DAEŞ-in İraqın Enbar elinə bağlı Felluce qəsəbəsində suriyalı qadınları bazarlarda satdığı iddia edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İraq İnsan Haqları Nazirliyinin açıqlamasında qeyd edilir ki, DAEŞ yaraqlıları 100 suriyalı qadını Fellucedə tikdiyi cinsi köləlik  bazarında satıb:

“Hər gün iftardan sonra açılan bazarda olan  qadınlar “cihad nikahı” adı ilə 500-dən 2 minə qədər ABŞ dolları qarşılığında satılır”.

Daha bir açıqlamaya görə, DAEŞ şəbəkələri Fellucedə ayrıca təşkil etdikləri  yarışmalarda “Qurani Kərim”i əzbərləyib ilk üç yeri tutmağa haqq  qazananlara kölə bazarında satılan qadınları hədiyyə olaraq verir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi