Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərdən biri ağzını tikib. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda jurnalistlərə mitinqin təşkilatçılarından biri David Sanasaryan məlumat verib: “O, bu yolla etirazını bildirir”.
Sanasaryan özü isə aclıq elan edərək Yerevan sakinlərini “Azadlıq” meydanına toplaşmağa çağırıb.
Hazırda meydanda bir neçə yüz adam var.
Modern.az