Modern.az

Dərbəndin meri istefa verdi

 Dərbəndin meri istefa verdi

11 Avqust 2015, 12:43



Dağıstanın Dərbənd şəhərinin meri İmam Yarəliyev istefa verib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, merin istefa səbəbləri ilə bağlı rəsmi açıqlama günün ikinci yarısında veriləcək.

2010-cu ildə mer təyin olunan İmam Yarəliyev Rusiya İsitnatq Komitəsi tərəfindən öz vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Milliyətcə ləzgi olan İmam Yarəliyev 2010-cu ildə azərbaycanlı mer Qurban Qurbanovun istefaya göndərilməsindən sonra Dərbəndin meri təyin olunub. Bu ilin payızında Dərbənd şəhər 2000-ci yaşını qeyd etməyə hazırlaşılr.    

Vüqar İsmayılov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu