Modern.az

Vurulan Rusiya təyyarəsinin pilotlarından biri tapıldı

Vurulan Rusiya təyyarəsinin pilotlarından biri tapıldı

Dünya

25 Noyabr 2015, 12:47

Rusiyanın Fransadakı səfiri dünən sərhədi pozduğuna görə Türkiyənin vurduğu təyyarənin paraşütlə tullanan iki pilotundan birini Suriya ordusunun tapdığı barədə xəbər yayıb.

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, pilotlardan biri öldürülüb, digəri isə qaçmağı bacarıb.

Bu gün isə Rusiya tərəfi digər pilotun sağ qaldığını və Suriya ordusunun əlində olduğunu və həmin pilotun geri qaytarılacağını bildirib.

Vüsalə Qəzənfərqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi